Qısa məzmun
Domino’s Pizza Azerbaijan Restoran müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Məsul olduğu şöbə üçün nəzərdə tutulan satış, gəlirlilik, qida, əmək və OER hədəflərinə çatılması mövzusunda lazımlı fəaliyyətlər planlayıb həyata keçirilməsini təmin etməli,
- İdeal personal sayını qorumalı,
- İşçilərin qanunlara, qaydalara, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etməli,
- Digər şöbələr və rəhbərliklə bağlı həftəlik, aylıq hesabatları düzgün və vaxtında icra etməli,
Namizədə dair tələblər:
- Ali Təhsil
- Ən azı 3 illik Restoran İdarəetmə təcrübəsinə sahib olmalı,(Qida sektoru,Fast-Food )
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı,
- Komanda işinə meyilli, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran,
- Marka dəyərini dəqiq təmsil edə bilən və bu dəyəri komanda ilə göstərə bilən,
- Müştəri məmnuniyyətinə üstünlük verən,
- Güclü planlaşdırma bacarığına malik, təşəbbüs göstərməyə və strateji düşünməyə qadir,
- Effektiv ünsiyyət tərzinə sahib olan, xarici görünüşünə diqqət yetirən,
- Gərgin iş qrafiki, növbə sistemi və çevik iş saatları ilə ayaqlaşa bilən,
- Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
İş şərtləri:
- İş vaxtı : Altı günlük iş həftəsi, Növbəli qrafik
- Əmək haqqı yüksəkdir və namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir;
- Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Restoran müdiri” qeyd edərək göndərməkləri xahiş olunur.
Qeyd: Vakansiyaya uyğun olmayan CV –lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...