Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Beynəlxalq Bank Risklərin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dillərini bilən namizədlər tələb olunur.
Bank fəaliyyətində yaranan maliyyə risklərinin (kredit, bazar və ya əməliyyat riskləri) qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində təcrübəsi olan, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
- Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi;
- Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
- Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini verilməsi;
- Maliyyə risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
- İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması
Bizim üçün ideal namizəd:
- İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsil olan
- Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan
- Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar/Əməliyyat risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan)
- CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən
- Güclü kommunikativ qabiliyyətə sahib olan
- Microsoft Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına 7.02.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Risklərin idarə edilməsi üzrə Mütəxəssis”)
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...