Qısa məzmun
Azərbaycan Dəmir Yolları Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Maliyyə risklərinin müəyyən edilməsi (o cümlədən, investisiya, kredit, inflyasiya, valyuta, faiz, qiymət riskləri və s.) və onların idarə edilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflərin verilməsi;
- İqtisadiyyatda və nəqliyyat sektorunda baş verə biləcək potensial dəyişikliklərin araşdırılması;
- Səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellərin hazırlanması, tətbiq edilməsi və təkmilləşdirilməsi;
- Risk siyasəti çərçivəsində maliyyə alətləri üzrə risk limitlərinin müəyyənləşdirilməsi, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Maliyyə risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması;
- Maliyyə risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
- Risklərin idarə edilməsinin informasiya axını sisteminin qurulması;
- Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Maliyyə sahəsi üzrə ali təhsil, magist təhsili arzuolunandır;
- Azərbaycan Respublikasında və xarici ölkələrdə risklərin idarə edilməsi ilə bağlı qabaqcıl təcrübə üzrə biliklər;
- Azərbaycan Respublikasının normativ hüquqi bazası üzrə biliklər;
- Maliyyə risklərinin idarə edilməsi üzrə biliklər;
- İqtisadiyyat və maliyyə sahəsi üzrə biliklər;
- Microsoft Office proqramlarında yaxşı işləmə bacarıqları;
- İngilis, rus və azərbaycan dilləri üzrə yaxşı bilik;
- Yüksək motivasiya, nəticəyönümlülük;
- Etibarlılıq və məsuliyyətlilik;
- Problem həlletmə və yüksək analitik düşüncə;
- Təşəbbüskarlıq və komanda işi;
- Uyğun sahələrdə minimum 2 illik peşəkar təcrübə.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...