Qısa məzmun
Expressbank ASC Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin idarə edilməsi şöbəsi/şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqini inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsinin təmin olunması;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin təşkili;
- Bankda həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi işinin təşkili.
Tələblər
- Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunandır);
- Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, və ya korporativ maliyyə funksiyası üzrə minimum 4 il iş təcrübəsi;
- Analitik qabiliyyət və məlumat bazası (Python və SQL) ilə işləmək bacarığı;
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
- Statistik və Ekonometrik təhlil bacarığı;
- Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti;
- Risklərin (xüsusilə əməliyyat riskləri) idarə edilməsi üzrə və CFA, FRM sertifikatların olması üstünlükdür;
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...