Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (İT yönümlü).
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
- Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
- İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması prosesində iştirak;
- Biznes prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
- Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
- Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
- Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
- İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
- Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.
Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...