Qısa məzmun
Ə/h razılaşma yolu ilə. StudyLab Riyaziyyat müəllimi (azərbaycan, rus və ingilis bölmələri) vəzifəsi üzrə vakansiya elan edir.
Namizəddən mütləq tələblər:
- Riyaziyyat sahəsi üzrə Bakalavr dərəcəsi.
- Pedaqoji sahədə 1-3 illik iş təcrübəsi.
- Müxtəlif yaş qruplarına (5-11-ci sinif şagirdlərinə) tədris etmə bacarığı.
- Müasir təlim və metodlardan istifadə bacarığı.
- Xoş görünüş və şagirdlərlə yüksək səviyyədə ünsiyyət bacarığı.
Qeyd olunan tələblərə uyğun olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
Vəzifə öhdəlikləri:
- Tədris edəcəyi bölmə üzrə (Azərbaycan, rus , ingilis) tələb olunan dili mükəmməl səviyyədə bilmək.
- Təyin olunan cədvələ əsasən dərslərin tədrisi.
- Şagirdlərə mütəmadi sınaq imtahanlarının təşkili üçün imtahan suallarının hazırlanıb təqdim olunması.
- Riyaziyyat fənni üçün tədris proqramının hazırlanması prosesində iştirak.
- Tələbələrin tədris keyfiyyəti və dərsə davamiyyəti haqda vaxtında rəhbərliyi məlumatlandırmaq.
- Nəticə yönümlü tədris mühitinin yaradılması.
İş haqda məlumat:
- Tam və ya yarım günü əhatə edən iş saatı.
- İş günü – 6 gün .
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun təyin olunacaq.
Qeyd: Uyğun namizədlər CV-lərini (PDF formada) elektron ünvanına “Riyaziyyat müəllimi” başlığı ilə göndərə bilərlər.
Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...