Qısa məzmun
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi Riyaziyyat müəllimi/koordinator vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ingilis dili olmalıdır.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzinə Riyaziyyat müəllimi/koordinator vəzifəsi üçün vakansiya mövcuddur.
Tələblər:
- Pedaqoji ixtisas üzrə Bakalavr dərəcəsi
- Pedaqoji sahədə təcrübə
- İngilis dili bacarığı
- İKT bacarıqları (MS Office, email, internetdə araşdırma, ağıllı lövhədən istifadə və s.)
Əsas vəzifələr:
- Riyaziyyat fənninin ingilis dilində 5-12 yaşlı uşaqlara tədrisi
- Səmərəli təlim metodları ilə bağlı kurslarda iştirak və buna əsasən digər müəllimlər üçün treninqlərin təşkili
- Yeni fəaliyyətə başlayan Təlim Mərkəzinin cari fəaliyyətinin idarəolunması və genişlənməsində aktiv rol alma
Namizəddə axtarılan xüsusiyyətlər:
- İxtisas üzrə 3 il iş təcrübəsi
- İngilis dili bilik və bacarıqlarının göstəricisi olan sənəd (minimum B2)
- Kompütür elmləri üzrə müasir proqram dillərini öyrədə bilmə bacarığı
- Uşaqlara qarşı sevgi
- 5-12 yaşlı şagirdlərlə işləmə həvəsi və bacarığı
- Uşaqların təhsildə daha yüksək nailiyyətlər əldə etmələrinə can atma
- Pedaqoji kollektivlə işləmə bacarığı
- Təşkilatçılıq
- Təhsil idarəçiliyi ilə bağlı karyera hədəfi
- Pozitiv və effektli ünisyyət bacarıqları
- Özünü daim inkişaf etdirmə, öyrənmə və öyrətmə üçün daxili motivasiyaya
Namizədi seçimlərdə fərqləndirən üstünlüklər:
- 500+ Universitet qəbul balı
- Riyaziyyat ixtisası üzrə bakalavr
- Təhsilin idarəolunması və ya MBA üzrə magist təhsili
- Bakalavr İxtisası üzrə yüksək qiymətlər
- Müasir təlim metodları ilə bağlı məlumatlılıq
- Təşkilatçılıq və ya idarəetmə təcrübəsi
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı linkə daxil olub göndərə bilər.
https://www.21esr.com/career/jobaz/vacancy/45-riyaziyyat-muallimi-koordinator
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...