Qısa məzmun
Fidan Bağçası Rus bölməsi üzrə müəllim vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- metodiki ustalıq və səriştəlilik (uşaqların meyil və maraqlarını nəzərə alan səmərəli təlim strategiyalarını tətbiq etmək bacarığı);
- müəssisənin gün rejiminə (səhər fəaliyyəti, uşaqların qidalanması, məşğələ saatları, gündüz gəzintisi, yuxu) uyğun işini düzgün qurmaq;
- uşaqların yaş səviyyəsinə uyğun inkişaf sahələri üzrə (fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf) ümumi təlim nəticələrinə nail olmaq;
- məşğələ prosesində fəal təlim üsullarından (əqli hücum, tap-tapmaca, şaxələndirmə və s. ) istifadə etmək;
- informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək (məşğələ prosesində elektron tədris resurslarından istifadə)
Namizəd üçün tələblər:
- “Məktəbəqədər təhsil” ixtisası üzrə ali təhsilli olmalı
- Rus dilini əla səviyyədə bilməli
- Uşaqlarla işləmə metodikasını və uşaq psixologiyasını bilməli
- Səbrli, gülərüz, qayğıkeş olmalı
İş qrafiki:
- Həftə içi 5 gün, saat 08:00-19:00 arası
- Müraciət etmək istəyənlərin öz CV-lərini uyğun başlıqla (“Rus dili bölməsi üzrə müəllim”) göndərmələri xahiş olunur.
- Ünvan: 9-cu mikrorayon, Mir Cəlal küçəsi 213. (Köhnə Tərlan şadlıq sarayının yaxınlığı)
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...