Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Rəqəmsal marketing mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Google Ads və Google Analytics üzrə praktiki təcrübə olmalıdır.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Rəqəmsal marketing mütəxəssisi (Lead Generation Specialist)
Vəzifə öhdəlikləri:
- Partnyorlarla Rəqəmsal layihələrin aparılması;
- Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq;
- Mövcud datanın necə istifadə olunmasını anlamaq, dəlillər gətirmək və növbəti addımları planlamaq;
- Rəhbərin sorğusuna əsasən məlumat toplamaq və analiz etmək;
- Böyük həcmli məlumatların emalı;
- Trafikin, kampaniyaların, elanların, açar sözlərin və auditoriyanın effektivliyinin sistematik analizi;
- Adwords, Facebook və digər reklam platformalarında mövcud reklam kampaniyaların optimizasiyasında iştirak etmək;
- Keyfiyyətli auditoriyaların cəlb olunması üçün daima yeni kanalların axtarışı və yeni ideyaların təklifi;
- Təcrübələr aparmaq və hipotizaları test etmək;
- Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
- Hesabatların tərtibi, analizi və avtomatlaşdırılması;
- A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması.
Tələblər:
- Azərbaycan dilini səlis bilməli, Rus və ya İngilis dili biliyi;
- Ali təhsil;
- Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;
- Analitik və sistematik düşüncə tərzi;
- Detallara qarçı diqqətlilik;
- Komandada işləmək bacarığı;
- Google Ads və Google Analytics üzrə praktiki təcrübə;
- CPA, KPİ, ROİ, CTR –ın satışa necə təsir etməsini tam anlamaq.
İş şəraiti:
- İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
- Rəqabətqabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...