Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə İnformasiya Texnologiyaları risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • İnformasiya sistemləri, proqram təminatı, bank sistemləri və informasiya infrastrukturunda yarana biləcək əsas riskləri aşkar etmək və təhlilini aparmaq;
  • İT əməliyyatları və mühitini qiymətləndirmək və onların biznesə təsirini təhlil etmək;
  • Risk qiymətləndirmələri əsasında İT risklərini reyestrə daxil etmək;
  • Mövcud təhlükəsizlik sistemlərini təhlil etmək, dəyişiklik və ya təkmilləşdirmələr üzrə tövsiyələr vermək;
  • İT audit hesabatlarından əldə edilmiş nəticələr əsasında risklərin minimuma endirilməsi üçün təkliflər vermək, Tədbirlər Planının hazırlanmasında iştirak etmək və gələcəkdə baş verə biləcək riskləri proqnozlaşdırmaq;
  • İT təhlükəsizliklə bağlı beynəlxalq standartların araşdırılması, yeniliklərin müzakirə olunması və bankın təhlükəsizlik siyasətinin beynəlxalq normalar əsasında hazırlanması üçün təkliflər vermək;
  • Təhlükəsizlik siyasətlərinin, standartlarının, qayda və proseduralarının icrasına nəzarət etmək;
  • İnformasiya təhlükəsizliyi statusuna dair hesabatlar hazırlamaq, sənədləşmələr aparmaq və zərər dərəcəsini təyin etmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri, Tətbiqi riyaziyyat üzrə);
  • İT sahəsində minimum 3, bank sektorunda müvafiq sahə üzrə minumum 1 il iş təcrübəli;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
  • Texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli;
  • Proqram təminatı və sistem boşluqları və pozulmaları haqqında ümumi bilikli;
  • Əməliyyat sistemləri (Windows Server (İİS-in quraşdırılması və idarə olunması), Windows, Linux) üzrə təməl bilikli;
  • Web – əsaslı tətbiqi biliklər, Web proqramlaşdırma (ASP.NET MVC, Spring MVC, PHP, HTML, Javascript, CSS və s.) üzrə ilkin blikli;
  • Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (Oracle, MS SQL Server, MySQL, NoSQL və s.) ilə tanış;
  • Şəbəkə arxitekturası topologiyaları, protokollar və modellər haqqında ümumi bilikli;
  • Əsas şəbəkə servislərinin iş prinsipini anlayan (DNS, DHCP, NTP, SNMP və s.);
  • TCP/İP və OSİ modeli, Routing, FireWall, VPN, WiFi, VoİP (Voice over İP) protokol və şəbəkələrin quruluş və fəaliyyət prinsiplərini anlayan;
  • Sistem və şəbəkə təhlükəsizliyinin, web- əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi və əlaqəli risklər haqqında məlumatlı;
  • Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlayan (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
  • Kriptoqrafiya şifrələnməsinin əsas prinsiplərini anlayan;
  • Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CISCO IT Essential, Comptia İT Fundamentals, Comptia Security +, Comptia CSA, CISCO CCENT, CCNA, Comptia Network+, CISCO CyberOPS, ISACA CRISC, ITIL Foundation, ISO/IEC 27005, ISACA COBIT 5.
  • BPM, Bİ, Flexcube və s. bank proqramları ilə tanışlığının olması üstünlükdür.

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnformasiya Texnologiyaları risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)

Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

26.12.2024 - Bakı

Scrum Master

“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

26.12.2024 - Bakı

Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer)

Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

24.12.2024 - Bakı

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

24.12.2024 - Bakı

Sistem analitiki ( İT biznes analitik)

Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika ASC

24.12.2024 - Bakı

Senior Information Security Specialist

https://qlor.me/m4mgqod2u1 Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...

Access Bank

16.12.2024 - Bakı

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)

Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

05.12.2024 - Bakı

Sistem analitiki ( İT biznes analitik)

Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika ASC

27.11.2024 - Bakı

Full Stack Developer

Təsvir We are seeking a highly skilled Full Stack Developer to join our dynamic team. As a Full Stack Developer, you will be responsible for designing, developing, and ...

GLORRI MMC

26.11.2024 - Bakı