Yerli şirkətlərdən birinə Sahə rəisi tələb olunur
İş qrafiki: 5 günlük
Sahə rəisi vəzifəsinin profilinə aşağıdakılar daxildir:
- Ali təhsil;
- İxtisas sertifikatı;
- Sahə üzrə 3 il iş təcrübəsi.
Bilməlidir:
- Sahə ilə bağlı normativ sənədləri;
- Əmək bölgüsü qaydalarını;
- Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
Davranış bacarıqları:
- Məsuliyyət;
- Heyətin idarə edilməsi;
- İşi təqib etmə;
- Detallara diqqət.
Əsas vəzifə və öhdəliklər:
- Yükləmə və yükboşaltma sahəsinin fəaliyyətinə rəhbərlik edir;
- Norma və qaydalara, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırılmasını təmin edir və müvafiq jurnalda qeydiyyat aparır;
- Görülən işlər haqqında struktur rəhbərinə gündəlik məlumatlar verir;
- Hər əməliyyata uyğun yükləmə və yükboşaltma planı hazırlanmasında iştirak edir və ya hazırlayır;
- Yükləmə və yükboşaltma və yardımçı işlərin texnoloji plana, əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatına, yanğından mühafizə qaydalarına müvafiq təşkil edir;
- Müntəzəm olaraq Limanın anbar işçiləri və dispetçerlərindən məlumat alır;
- Növbə, yük planı, yükləmə və yükboşaltma əməliyyatları, sahədəki qalıq yüklər barəsində tam məlumat toplayır və rəhbərliyə hesabat verir;
- Naryad-tapşırıq cədvəllərini təsdiqləyir, iş bölgüsünü həyata keçir;
- Briqadalar üzrə işçi heyətinin düzgün bölüşdürülməsini təşkil edir, təlim ehtiyaclarının aşkar edilməsi üsullarını işləyib hazırlayır.
Müraciət etmək istəyənlərdən CV-lərini müraciət et bölməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...