Qısa məzmun
Amal Group Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
- Kompüter bilikləri: MS Office proqramları,digər proqram bilikləri əlavə üstünlük hesab olunur,
- Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur,
- İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
- Punktual və ünsiyyətcil olması;
- Analitik düşüncə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarıqları;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
- Təşkilatçılıq bacarıqlarına malik olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli
Vəzifə öhdəlikləri
- Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
- Layihələr üzrə araşdırmalar etmək;
- Material sərfini hesablamağı bacarmaq
- Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq
- İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
- Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
- İş qrafiki: bazar ertəsi- şənbə 09:00-18:00
İş yerinin ünvanı: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur) - Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Sahə mühəndisi” adını qeyd edərək g.huseynova@amalgroup.az ünvanına göndərmələri xahiş olunur.
- Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...