Qısa məzmun
SR Construction Sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənayə və Mülki tikinti (PQS)
- Azərbaycan dili biliyi
- 28-40 yaş həddi
- Qeyd olunan vakansiya üzrə ən azı 5 (beş) il iş təcrübəsi
- Kompüter bilikləri: (1 C 7.7/8.3 UPP), Autocad, MC Project(arzu olunandır), Excel (MÜTLƏQDİR)
- Analitik düşünmə qabiliyyətinə malik olmalı, diqqətli, gərginliyə davamlı
Vəzifələr:
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
- Layihənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
- Material, işçi və işçi heyəti, həmçinin podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
- Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
- Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək tövsiyələr hazırlayır;
- Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
- Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
- Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Görülmüş işlərin uçotunu aparır, günlük, aylıq, rüblük, illik statistik hesabatları hazırlayır;
- Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;
Bilməlidir:
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prinsiplərini
- Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materiallarını
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını
- Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni elektron ünvana təqdim edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...