Sahə rəisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group Sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Sahə rəisi

 

Şirkət haqqında məlumat:

 

2004-cü ildə qurulan “Başak Group” MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən biridir.  Yerli brendimiz olan “Özkirəmit” sektordakı lider mövqeyini qorumaqla, şirkətimiz Avropanın və Türkiyənin tanınmış kirəmit markaları olan SSQ, WIENERBERGER, KILIÇOĞLU, MEGARON, GÜROK KİREMİT, ONUR KİREMİT, eyni zamanda, öz brendimiz olan Sultan Kirəmitin Azərbaycanda rəsmi distribütorluğunu öz üzərinə götürmüşdür. Bashak Group MMC şirkətinin növbəti qolu isə tikinti sahəsində ixtisaslaşmışdır. Dövlət və özəl layihələrin tikintisi ilə məşğul olan Bashak Group dözümlülük, etibarlılıq və təhlükəsizliyi özünün əsas prinsipi hesab edir. Özkirəmit olaraq müştərilərimizə ən keyfiyyətli məhsulları təqdim etməkdə qərarlıyıq. Hazırda üzərində işlədiyimiz və tamamladığımız əsas layihələrdən bəziləri: “Sea Breeze Resort” “Villa Siena” “Sakit Göl” “Mehmandarov Malikanəsi” “Şuşa Xalçaçılıq Muzeyi” “Şuşa yaradıcılıq mərkəzi” “Şuşa şəhəri çoxmərtəbəli binalar” “Şuşa Yasəmən Hotel” “Laçın Layihəmiz”.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az +4 illik təcrübə
  • Komputer bilikləri: Autocad; Microsoft Office;
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni bilməlidir;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
  • Regionlara ezamiyyətə getmək imkanı olmalıdır;

Vəzifə öhdəlikləri:

  • Şirkət strategiyasına uyğun olaraq sahənin idarə olunması və inkişaf etdirilməsi;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını bilməli;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Sahə ilə əlaqəli bütün məlumatların effektiv idarə olunması və analiz edilməsi;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər vermək və onların səmərəli istifadəsini təmin etmək;
  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin etmək, icra üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək;
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcminə, əmək məhsuldarlığına nəzarət etmək, ustalara, icrası nəzərdə tutulan tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • İşçilərin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət etmək, fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflər vermək, kollektivdə tərbiyəvi iş aparmaq, fəhlələrin ixtisas artırmasını təşkil etmək;

İş şəraiti:

  • Həftə içi 6 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı:   1500– 2000 AZN (namizədin bilik-bacarığıbndan asılı olaraq dəyişir).

Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə“Sahə rəisi” yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Satınalmalar üzrə kiçik mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

15.01.2025 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə aparıcı mütəxəssis

Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...

Maple Trading LLC

28.12.2024 - Bakı

1200 — 1500 ₼
Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə)

175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

175 Yükdaşıma və Evakuasiya

27.12.2024 - Bakı

500₼
WMS Operator

Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

25.12.2024 - Bakı