Qısa məzmun
Yelo Bank Sanitariya texnikası üzrə çilingər vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Bankın baş ofisində və filiallarında təmir işlərinin aparılmasının zəruri olub-olmadığını müəyyənləşdirmək;
- Gündəlik məişət-texniki problemlərin həllində filialın administrativ işçilərinə kömək etmək;
- İstilik və soyutma təchizatı, su təchizatı, kanalizasiya, su ötürücü sistemlərin etibarlı, qəzasız və saz vəziyyətdə istismar olunması;
- Mövcud sistemin işləmə şəraitini öyrənmək, vaxtından əvvəl sıradan çıxması səbəblərini aşkar etmək və zamanında bu halların qarşısını almaq;
- İşləyən sistemlərdə yaranmış nasazlıqların aradan qaldırılmasında, onların təmirində və test olunmasında iştirak etmək, boruların fittinqlərin fasonlu hissələrinin çeşidlənməsi, mövsümdən əvvəl mühəndis qurğularına və avadanlıqlarına baxış keçirmək, həmçinin yanğın hadisəsindən sonra zədələnmiş hissələrin bərpası;
- Santexniki cihazların, isitmə – soyutma avadanlıqlarının quraşdırılması, sökülməsi və yerində təmir olunması;
- İsitmə – soyutma kanallarında və su təchizatı kəmərlərində istilik izolyasiyasının bərpa edilməsi;
- İsitmə – soyutma qurğularında, su təchizatı və kanalizasiya sistemlərində nasazlığı aradan qaldırmaq üçün vaxtında mal və materialların sifarişinin verilməsi;
- Təmirdən sonra isitmə – soyutma sistemlərinin və avadanlıqlarının, santexniki sistemlərin kompleks test olunması;
- Təmir olunmuş sistemlərin istismara verilməsinin hazırlanması;
- Bankın mövcud filiallarında podratçı şirkətlərin apardığı işlərə nəzarət və təhvil təslim prosesində iştirak etmək;
- Obyektlərdə avadanlıqların quraşdırılmasına nəzarət edilməsi,səlahiyyətlərinə aid məsələlər üzrə məsləhətlərin verilməsi;
- Bankın Baş Ofisində və filiallarında yaranan məişət-texniki problemlərin həll edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasının təmin edilməsi.
Tələblər:
- Müvafiq peşə ixtisas təhsili arzuolunandır;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi;
- Komandada işləmək bacarığı və stressə dözümlülük;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Tikinti norma və qaydalarını bilməli;
- Regionlara qısa və uzunmüddətli ezamiyyətlərə getmə imkanı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...