Qısa məzmun
Mercure Hotels Baku City santexnik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Xidmət olunan isitmə sistemlərinə, su təchizatına, kanalizasiya sisteminə, qaz təchizatına, sanitar qovşaqları və hamam otaqlarına nəzarət, onların saz vəziyyətdə olmasını və vaxtında keyfiyyət təmirini və ya yenilənməsini təmin etməli;
- İsitmə sisteminin, sanitar texniki sistemlərinin, su təchizatı, kanalizasiya sisteminin, su boruları, eləcə də bütün boru kommunikasiyaların, onların mürəkkəb detallarının, qovşaqlarıının sökülməsi və yığılmasını həyata keçirməli;
- Müəssisənin nasaz olan və ya sıradan çıxmış boru xətlərinin vaxtında və keyfiyyətli şəkildə təmirini həyata keçirməli;
- Təmirdən sonra texniki sistemlərin və fitinqlərin sınağını həyata keçirməli;
- Texnoloji avadanlıqların yuyularaq təmizlənməsini həyata keçirməli;
- Yanğındansöndürmə stansiyasında nasoslara və su çənlərinə nəzarət etməli;
- Müəssisənin bütün kommunikasiya xətlərinin nasazlıqlarının aradan qaldırılması üçün tələb olunan mal və materialların alınması üçün bölmə rəhbərini vaxtında məlumatlandırmalı;
- Gündəlik texniki yoxlama vərəqində qeydlərini apararaq bölmə rəhbərinə təhvil verməli;
Tələblər:
- Otel sahəsində əvvəlki təcrübə üstünlükdür
- Müvafiq sahə üzrə peşə təhsili;
İş şəraiti:
- 5 günlük, növbəli iş qrafiki
- Uniforma,nahar və çay fasiləsi şirkət tərəfindən qarşılanır.
Tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər və yaxud +994 51 277 76 87 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Xadimə
Ə/h razılaşma yolu ilə. Emsan şirkəti Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...
Fəhlə kuryer
Çinici şirkəti Fəhlə kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...