Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Caspian Innovation Center ABAP Developer vəzifəsi üzrə vakansiya elan edir.
ABAP nədir?
ABAP SAP tərəfindən yaradılmış proqramlaşdırma dilidir və nəhəng korporasiyalara SAP ERP-ni tətbiq edilməsində kömək edir. ABAP maliyyə funksiyaları, insan resurları, materialların idarə edilməsi, aktivlərin idarə edilməsi və SAP-ın digər modulları üçün tənzimləmə prosesslərində kömək edir.
Vəzifə öhdəlikləri:
- Birbaşa nəzarət altında tətbiqi proqramlarının spesifikasiyalar üzrə təkmilləşdirilməsini təmin etmək;
- Sistemin produktiv səviyyəyə çatdırmaq üçün ətraflı planların və dəqiq hesablamaların hazırlanmasını təmin etmək;
- Layihənin sınaqdan keçirilməsi və həyata keçirilməsi mərhələlərində iştirak etmək;
- Biznes funksiyaların tələblərinə uyğun olaraq kod tərtib etmək və texniki sənədləri hazırlamaq;
- Proqramları test etmək və tələb olduqda debug etmək;
- Mürəkkəb funksiyalar üçün testlər həyata keçirmək, sistemləri, inteqrasiyaları və test alətlərini dizayn etmək, kodları tərtib etmək və texniki sənədləri hazırlamaq;
- Texniki arxitektura monitorinqi də daxil olmaqla, inteqrasiya sistemi fəaliyyətlərinin (miqyaslılıq, əlçatanlıq və arxivləşdirmə kimi) bütün SLA-lara uyğunluğunun yoxlanılması;
- SAP-də inteqrasiya fəaliyyətləri üçün performans tənzimləmə fəaliyyətlərini həyata keçirmək;
- Müştərilərə keyfiyyətli xidmətin təmin edilməsi məqsədilə proqram təminatların və interfeyslərin təyin edildiyi kimi dəstəklənməsi və fasiləsiz işləməsinə cavabdeh olmaq;
- Sistemdə yaranan problemləri aradan qaldırmaq;
Bilik və bacarıqlar:
- Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil;
- OOP prinsipləri üzrə biliklər (mütləqdir);
- PL/SQL üzrə biliklər (mütləqdir);
- Javascript üzrə biliklər (üstünlükdür);
- ABAP üzrə biliklər (üstünlükdür);
- RAP, CDS, FIORI, UI5 üzrə biliklər (üstünlükdür);
- Texniki sənədlərin ingilis və rus dillərində oxunması və başa düşülməsi;
- İşi prioritetləşdirmə və idarə etmə bacarıqları;
- Daxili və xarici komanda üzvləri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı.
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 20.05.2023-cü il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır