Qısa məzmun
BMS Global LLC SAP Business Junior Consultant vəzifəsi üzrə vakansiya elan edir.
Gözləntilər və məsuliyyətlər:
- SAP tətbiq layihəsində işləmək
- Birbaşa rəhbərlərinin tövsiyyə və tapşırıqlarına əməl etmək
- İşin müxtəlif aspektlərini öyrənməkdə sürətli olmaq
- SAP sistemində işləməsi üçün son istifadəçilərə dəstək vermək
- Layihələr çərçivəsində fərqli işlər yerinə yetirmək (məs: məlumatların təmizlənməsi, son istifadəçilərin dəstəyi, istifadəçi sənədlərinin hazırlanması və s.)
Tələblər və bacarıqlar:
- Kompüter bacarıqlarına sahib olmaq
- MS Office bacarıqlarına sahib olmaq
- Stres altında işləmək bacarığı
- Uyğunlaşa bilən və həvəsli olmaq
- Öyrədilənləri tez bir zamanda götürmək bacarığı
- Yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq
- Etibarlı olmaq
- Detallara yüksək diqqət yetirmək
- Konfidensiallığı qoruma bacarığı
- Komandada işləmək bacarığı
- Rus dili, İngilis Upper-Intermediate (yazılı və danışıq)
Üstünlük verilir:
- Təhsilə və yeni biliklərə həvəsli olmaq
- Müstəqil araşdırmalara həvəsli olmaq
- Maliyyə və mühasibat bilikləri
- İlkin SAP biliklərinin olması
- Proqramlaşdırma təcrübəsi
- İşgüzar səfərlər üçün açıq olmaq
- Hərbi öhdəliyin olmaması
Bizim təklifimiz:
- Peşəkar və dinamik həmkarlardan ibarət böyük komanda
- SAP proqramı, biznes bilik və bacarıqlarının təkmilləşdirilməsi
- Nahar şirkət tərəfindən təmin edilir
- Tibbi sığorta
İş şərtləri və məlumatlandırıcı qeydlər:
- İşin ilkin mərhələsində SAP Business One proqram təminatı öyrədilir. Prosesin (sınaq müddəti) sonunda namizədin nəticələri əsasında yekun qərar verilir
- Təlimin müddəti (Sınaq müddəti): 1 ay
- İş qrafiki: Həftədə 5 gün 08:00-dan 17:00-dək
- Yaş həddi: 18-25
- Əmək haqqı bilik və təcrübə səviyyəsinə görə müəyyənləşdiriləcək
Müraciət edənlərdən mövzu hissəsində vakansiyanın adını göstərməklə CV-lərini göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...