Qısa məzmun
ADORE Kompani MMC Satıcı -məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
Satıcı -məsləhətçi
Yeni açılacaq Adore mağazasına dinamik və müştəri yönümlü satıcı-məsləhətçilər tələb olunur. Öz unikallığını və gözəlliyini vurğulamaq üçün mağazalarımıza gələn ziyarətçilərə ən yaxşı ətir və kosmetik məhsulları seçməkdə köməklik etməyə hazır olan pozitiv, motivasiyalı, komandamızın bir hissəsi kimi çalışacaq istəyən komanda yoldaşları axtarırıq.
İş barədə məlumat:
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması;
- Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək;
- Təyin olunmuş aksiaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak.
Namizədə tələblər
- Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dili və rus dili – əla, ingilis dili –yaxşı səviyyədə bilməli;
- Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür);
- Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq;
- Komandada işləmə bacarığı;
- Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
İş şəraiti:
- Növbəli qrafik: (6/1), 10.00-19.00 и 13.00-21.00/22.00;
- Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + satışdan %,
- Karyera inkişafı imkanı;
- Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.
Müraciət üçün CV-nizi hr@adoregroup.az elektron ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Satıсı- məsləhətçi» qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...