Qısa məzmun
Ə/h 400 AZN. FLY PERFUME Satıcı – ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. Kollektiv ilə işləmə bacarığı olmalıdır.
“FLY PERFUME” MMC üçün Satıcı Ekspeditor xanım əməkdaş (iş ərazidədir) axtarırıq.
Tələblər :
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönümlü
- Gərgin iş mühiti və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, müştərilərlə nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
Vəzifələr:
- Satış nöqtələrində sifarişlərin qeydə alınması və qaimələrin yazılması.
- Davamlı olaraq satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək.
- Şirkət məhsullarının ərazilərdə satışının təşkili.
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü.
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək.
- Satış təmsilçisi satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir onun məsuliyyətini daşıyır.
- Birbaşa tabe olduğu rəhbəri tərəfindən tapşırıqların icrası.
- Günün sonunda satış hesabatlarını hazırlamaq və birbaşa rəhbərə təhvil vermək.
- Satış təmsilçisi satış nöqtəsinin anbarındakı şirkətə məxsus malların varlığına nəzarət etməlidir.
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir.
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftədə 6 gün iş rejimi
Əmək haqqı 400 AZN + Bonus
Maraqlı namizədlərin CV-lərini flyperfume.az@gmail.com ünvanına yönləndirmələri xahiş olunur.
Firdovsi Qasımov – +99455 5250029
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...