Qısa məzmun
Zeytun Pharmaceuticals Satınalma üzrə mütəxəssis ( Tibb sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. Tibbi preparatlar üzrə biliklər mütləqdir.
Tələblər:
- Ali təhsil;
- Tibbi preparatlar üzrə biliklər mütləqdir;
- Satınalma üzrə 2-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
- Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi;
- Sifarişlərin təşkili və idarə edilməsi;
- Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi;
- Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması;
- Bazarın təhlili, tələb olunan məhsulların daxili bazarda araşdırmasının aparılması;
- Anbar qalığına, qalığının istifadə müddətinə nəzarət edilməsi;
- Alınan çeşidlər üzrə sənədlərin yoxlanılması;
- Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması;
- Ödəniş hesabatlarının hazırlanması, ödənişlərə nəzarət edilməsi;
- Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
İş şəraiti:
- İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...