Qısa məzmun
Universal Group of Companies Satınalma üzrə mütəxəssis (Neft və Qaz sektoru üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Qeyd: Neft və Qaz sektorunda işləyən işçilərə və xüsusilə BP şirkətinin MRO tenderlərində iştirak etmiş namizədlərə üstünlük veriləcək.
- Şirkətə daxil olan e-mail və müştəri müraciətlərinin təhlil edilib müvafiq şəkildə cavablandırılması;
- Müştəri tələblərinə uyğun məhsul təklif edilməsi, məhsul barəsində tövsiyyələr verilməsi və təkliflər məktubunun hazırlanması;
- Yeni məhsullar və kompaniyalar haqqında müştərilərə məlumat verilməsi;
- Müştərilərdən gələn sorğuların müəyyən edilməsi (anbar, daxili bazar və ya xarici bazar);
- Müştəri tələbinə görə sifariş edilən malların müşaiyət edici sənədlərlə təmin edilməsi (sertifikatlar, texniki məlumatlar və s.);
- Təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;
- Müştərilər tərəfindən təklif və iradların qeydiyyatı və menecerə ötürülməsinin təmin edilməsi;
- Müştərilərin suallarının cavablandırılması;
- Bütün müqavilələrin qeydə alınması;
- Aylıq satış analizlərinin aparılması, hesablanması və bu barədə şöbə müdirinə məlumat verilməsi.
- Satınalma Siyasətin və strategiyasının hazırlanması və yenilənmələrində iştirak edilməsi;
- Tədarükçülərə Tender Paketləri/ sənədlərinin verilməsi və müəyyən edilmiş müddətlərə cavab vermək üçün izlənilməsi;
- Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
- Tədarükçülərin və bazarların təhlilinin aparılması;
- Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
- Proqram təminatında (One ERP) satınalma əməliyyatlarının təkmilləşdirilməsində fəal iştirak ediməsi;
- Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;
- Məhsulların vaxtında çatdırılmasının və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
- Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi proseslərinin edilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təklifləri təsdiq üçün Satınalma Direktoruna göndərilməsi;
- Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
- Qaimə-fakturanı və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
- Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
- Sorğu icra olunduqdan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.
Maraqlanan namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...