Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kristal Abşeron MTK Satınalma üzrə mütəxəssisvəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil,
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi,
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarı gün);
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...