Qısa məzmun
Ə/h 550-700 AZN. Office Lines Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi
- Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək (məhsulun növündən və xüsusiyyətlərindən asılı olaraq hər kateqoriya üçün 2-3 təchizatçıdan ibarət baza yaratmaq; əgər belə sayda baza artıq mövcuddursa onun daha da genişləndirilməsinə çalışmaq)
- Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
- Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən/gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək/planlama aparmaq.
- Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması. Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
- Öhdəliyində olan kateqoriyalar üzrə anbarda olan satılmayan və ya az satılan kateqoriyasına daxil olan məhsulların izlənməsi və müvafiq hesabatın şöbə müdirinə təqdim edilməsi
- Araşdırılaraq tapılmış hər bir yeni məhsul barədə detallı məlumatlara malik olmaq, onun üstün və zəif tərəflərini bilmək, hazırda aktiv satdığımız məhsulla müqayisəli nalizini aparmaq
- Fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlamaq və birbaşa müdirinə təqdim etmək
- Birbaşa müdirin əmək qanunvericiliyinə və əməkdaşı olduğu şöbənin vəzifəsinə uyğun digər tapşırıqlarını yerinə yetirmək
İşə dair tələblər:
- Ali təhsil
- Müvafiq sahədə iş təcrübəsi
- Analitik düşünmə və təhliletmə qabiliyyəti
- Yazılı və şifahi ünsiyyət bacarıqları
Əmək haqqı və digər müavinətlər:
- 550-700 AZN aylıq əmək haqqı
- Rüblük bonuslar
- Nahar təminatı, telefon və nəqliyyat xərclərinin qarşılanması
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...