Qısa məzmun
Ə/h 700 AZN. Azimut LLC Satınalma (Xarici və yerli) mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş təklifi:
Azimut MMC – Reklam və Poliqrafiya məhsulları/həlləri – Satınalma (Xarici və yerli) mütəxəssisi
VƏZİFƏ ÖHDƏLİKLƏRİ VƏ TƏLƏBLƏR:
ÖHDƏLİKLƏR:
- Şirkətin çeşidinə uyğun olaraq Avropa, Çin, Türkiyə və digər ölkələrdən uyğun təchizatçıların tapılması,
- Fərqli təchizatçıların bənzər məhsullarının müqaisəsinin aparılması,
- Təchizatçılardan qiymətlərin alınması, müzakirə olunması və şirkətin maraqlarına uyğun endirimlərin alınması,
- Logistika/Gömrük mütəxəssisi ilə birgə istehsal müddəti, daşınma müddəti, xərclərinin hesablanması, maya dəyərinin və şirkətin anbarına təslimat müddətinin hesablanması, rəhbərliyə bildirilməsi,
- Fərqli çeşidlərə daxil ola biləcək yeni məhsullar haqqında məlumatların daima online araşdırılması,
- Şirkət əməkdaşları və rəhbərliyi ilə birgə xarici səfərlərə gedilməsi, sərgi ziyarətləri,
- Bəzi stok məhsullarının (çeşidinin) zamanında stok (istehsal və daşınma müddətlərini nəzərə almaqla) planlanmasının aparılması,
- Bənzər işlərin yerli təchizatçılarla aparılmasının təmin olunması,
TƏLƏBLƏR:
- Xarici satınalmada iş təcrübəsi (ən azı 1 il),
- İngilis dilini ən azı intermediate səviyyədə bilməsi,
- Rus dili biliyi əlavə üstünlükdür,
- Yüksək səviyyədə punktuallıq,
- Detallara perfeksionist yanaşma,
- Yazılı komunikasiya imkanlarının yüksək səviyyədə olması.
İŞ ŞƏRTLƏRİ:
- Əmək haqqı başlanğıc (Net alacaq rəsmi maaş 600 AZN)
- Nahar şirkət tərəfindən qaşrılanmır
- Adaptasiya müddəti ödənişlidir (2 ay) və maaşı tam ödənilir
- Uyğun olduğu halda 2 ay sonra net 650 AZN
- Daha 4 ay sonra net 700 AZN
- Digər vəzifə perspektivləri də var
- İş yeri: Bakı ş. ərazisi
- İş vaxtı 9.00 – 18.00
- İlkin məlumatlandırma tam olaraq həyata keçiriləcək
Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı
(Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...