Satınalma əməliyyatları şöbəsinə aparıcı / baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı Satınalma əməliyyatları şöbəsinə aparıcı / baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Satınalmanın  həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirilməsi;
  • Tender  və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin   aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Aparılan əməliyyatların reyestrinin aparılması;
  • Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin  həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
  • Satınalma sahəsində ən az 4 il iş təcrübəsinə sahib;
  • IT sahəsi üzrə satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • MS office proqramlarını əla səviyyədə bilən;
  • ERP  ilə bağlı təcrübəsi olan
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Problemləri həll etmə bacarığına malik;
  • Layihələrin idarə olunması bacarığına sahib olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinin aparıcı mütəxəssis / baş mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Satınalma üzrə Mütəxəssis

Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...

Mətanət A

18.02.2025 - Bakı

Satınalma üzrə təcrübəçi

Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Başak Group

12.02.2025 - Bakı

1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssis

Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Başak Group

12.02.2025 - Bakı