Satınalma üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand-Agro LLC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı olmalıdır.

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Vəzifə öhdəlikləri:

  • Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək
  • Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • Sənəd dövriyyəsinin düzgün və operativ təşkili
  • Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
  • Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək
  • Görülən işlərin təhvil təslim aktının hazırlanması,
  • Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək
  • Alışların ümumi məlumatlar bazasına işlənməsi,
  • Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti,
  • Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması

Tələblər

  • Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar )
  • Təcrübə: Minimum 1-3 il (Müvafiq sahədə 1 il )
  • Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür
  • Dil bilikləri: Azərbaycan Dili , İngilis dili , Rus dili
  • İT üzrə biliklər: Microsoft Office və 1C

Texniki Bacarıqlar:

  • Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
  • Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması

Səriştəlik:

  • Məsuliyyətli,disiplinli,açıq fikirli
  • Güclü analitik qabiliyyətlər,problem həll etmə və əməkdaşlıq bacarıqları
  • Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,təqdimat etmək bacarıqları
  • Prinsip və Dəyərlərə sadiqlik
  • Prosedur və qaydalara riayət etmək
  • Operativlik, Qərar almaq və İcra etmək

Əlavə məlumat:

  • İş yeri – Çinar Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 08:30-dan 17:30-dək
  • Nahar Şirkət tərəfindən verilir, Ailə üzvləri daxil tibbi sığorta
  • Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@grandagro.az elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

19.11.2024 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

14.11.2024 - Bakı

700 — 800 ₼
Anbardar-1C operator

PRO CON İZO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

01.11.2024 - Bakı

500₼
Anbarda toplayıcı

Logist LLC Anbarda toplayıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

01.11.2024 - Bakı

1500 — 2000 ₼
Logistika üzrə koordinator

ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı

Logistics Internship

Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...

International Logistics Company

21.10.2024 - Bakı