Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Medeks LLC Satınalma meneceri vəzifəsi üzrə vakansiya elan edir. Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalıdır.
Tələblər:
- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
- İş təcrübəsinin olması vacib deyil, iş öyrədilir
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
- Yaş: 24-37
- Kompüter biliyi (Word, Excel, Power point,Outlook)
- Dil bilikləri – Azərbaycan, Rus dillərini sərbəst, Ingilis dilini yaxşı səviyyədə bilməli
Vəzifələr:
- Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
- Satış məqsədilə təqdimatların keçirilməsi
- Müştərilərlə ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
- Mövcud bazarın və rəqiblərin analizi
- Bazarın tələbinə uyğun təkliflərin formalaşdırılması
- Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
- Aylıq hesabat vermək
İş şəraiti:
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-5 günlük
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə
Vakansiyaya uyğun namizədlər öz CV-lərini office@medeks.az elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.
Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...