Qısa məzmun
Rifah group Satınalma Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərinin minimuma endirilməsini təmin etmək.
- Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər görmək.
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək.
- Maddi qənaət əldə etmək üçün müqavilə, kəmiyyət endirimi və qiymət öncəsi satınalma artımı vasitəsilə satınalma konsepsiyaları təklif etmək və həyata keçirmək.
- Təsərrüfat üzrə təmir və texniki xidmət üçün sifarişləri qəbul etmək və vaxtında çatdırılmasına nəzarət etmək
- Istifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məluatların dəqiq qeydiyyatını aparmaq.
- Fəaliyyət avadanlıqları və təchizat üzrə illik tələbləri koordinasiya etmək.
- Böyük layihələrlə bağlı satınalmaları koordinasiya etmək.
- Məhsulun qiymətləndirilməsi, rotasiyası, inventarizasiya səviyyələri, həmçinin, anbar sahəsinin sanitariyasını təmin etməklə prosedur təlimatlarında göstərilənlərə uyğun olaraq qəbul, sənədləşdirmə, saxlama və paylama proseslərinə nəzarət etmək.
- Gömrük ve vergi qanunvericiliyini nəzərə alınaraq gömrük sənədləşdirilməsinin aparılması və nəzarəti
- Malları gömrükdən keçirərək, tələb olunan vergi rüsumlarının ödənilməsi, əlaqədar sənədləşmələrin aparılmasının təşkili və nəzarəti
- Logistik ehtiyac analizinin aparılması və PL xidmət formasının seçilməsi.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
- MS Office (Word, Excel, Power point), 1c
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması təcrübəsi;
- Danışıqların aparılması bacarığı
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı,
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;
- İşgüzar və məsuliyyətli
İş yeri: Bakı şəh.
İş qrafiki: 6 günlük
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Satınalma Meneceri” qeyd edərək CV-lərini göndərsinlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...