Qısa məzmun
Medeks LLC Satınalma meneceri vəzifəsi üzrə vakansiya elan edir. Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalıdır.
Tələblər:
- Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
- İş təcrübəsinin olması vacib deyil, iş öyrədilir
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
- Yaş: 24-37
- Kompüter biliyi (Word, Excel, Power point,Outlook)
- Dil bilikləri – Azərbaycan, Rus dillərini sərbəst, Ingilis dilini yaxşı səviyyədə bilməli
Vəzifələr:
- Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
- Satış məqsədilə təqdimatların keçirilməsi
- Müştərilərlə ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
- Mövcud bazarın və rəqiblərin analizi
- Bazarın tələbinə uyğun təkliflərin formalaşdırılması
- Aylıq hesabat vermək
İş şəraiti:
- AR Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki-5 günlük
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı 850 Azn (iş qabiliyyətindən asılı olaraq artacaq)
Vakansiyaya uyğun namizədlər öz CV-lərini elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.
Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...