Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili bilikləri arzuolunandır.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Satınalma mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Satınalma mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) cv@yelo.az ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
- Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması
- Təchizat şirkətlərindən gələn təkliflərinin qiymətləndirilməsi, təkliflərin müqayisəli təhlilinin aparılması və yeni əsaslandırılmış təklifin rəhbərliyə təqdim edilməsi
- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
- Sifarişlərin verilməsi və vaxtında çatdırılmasının nəzarətdə saxlanılması
- Sifariş üzrə ödəniş sənədlərinin və müqavilələrin müvafiq strukturlara yönləndirilməsi
- Vəzifə ilə əlaqədar digər tapşırıqların həyata keçirilməsi
Tələblər:
- Ali təhsil
- Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
- Word və Excel proqramlarından istifadə bacarığı
- Komanda ilə işləmək bacarığı
- Müvafiq satınalma sahəsində təcrübə
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.
Oxşar vakansiya siyahısı:
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
1st Fitness mərkəzi “Təmizlikçi” vəzifəsi üzrə vakansiya elan edir. İş yeri: 28 may,Bakı Dövlət Sirkinin yanı Namizədə tələblər: Yaş: 20-50 Cinsi: ...
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
"AGRO-VEST RETAIL" MMC Stok kontrol mütəxəssisi vakansiyası elan edir. ...