Qısa məzmun
STP – AH MMC Satınalma şöbəsinə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli;
- Analoji sahədə həmçinin istehsalat sahəsində ən azı 5 illik iş təcrübəsi olan;
- Planlama qabiliyyətinin olması;
- Bazar araşdırılması və analiz edilməsi;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə həm şifahi, həm də yazılı bilməlidir;
- Texniki biliklərin olması arzuolunandır;
- Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir;
Hansı işləri görəcəksiniz:
- Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkil və icra etməli;
- Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli;
- Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
- Potensial təchizatçıları araşdırıb məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasını həyata keçirməli;
- Rəhbərliyə bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatının təqdim edilməsi və təsdiqinin alınması;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsulları üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli;
- Satınalma prosesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli;
- Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə menecer” yazaraq 11.05.2022 iltarixinədək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...