Qısa məzmun
Ə/h 1500-2000 AZN. Performance Center Co MMC Satınalma şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rus dili bilgisi üstünlükdür.
İş barədə məlumat:
- Beynəlxalq və xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
- Satış planlamasına əsasən satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi iyasət və şərtlərə müvafiq icra edilməsi;
- Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Daşıma şirkətləri, təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
- Sifariş verilmiş avtomobillərin logistikasının təşkili ( daşıma şirkəti və istehsalçı zavod ilə əlaqənin qurulması, daşıma şərtlərinin razılaşdırılması, çıxma və son təyinat tarixinin müəyyənləşdirilməsi, məhsulun marşrut və cari statusuna, gömrük əməliyyatlarına nəzarətin təmin edilməsi.)
- Qəbul olunmuş avtomobillərdə, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılmasında iştirak;
- Beynəlxalq tədbirlərdə və sərgilərdə iştirak, şirkətin beynəlxalq görüşlərdə təmsil olunması.
Vəzifə ilə bağlı tələblər:
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- Ali təhsil;
- Planlama, analiz və idarəetmə bacarığı;
- MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
- Xarici ölkələrə ezamiyyələrə hazır olması;
- Yaş həddi: 25-40.
- Cinsi: kişi
- Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.
Əlavə məlumat
- Əmək haqqı: 1500-2000 AZN
- İş saatı: 09:00 – 18:00, altıgünlük
CV-lərinizi hr@performance-center.az ünvanına “Satınalma şöbəsinin rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...