Qısa məzmun
Ə/h 2000-2500 AZN. Resant Group Satınalma üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Ali təhsilin olması vacibdir.
Vəzifə öhdəlikləri:
- Mal və əşyaları optimal qiymətə, lazım olan keyfiyyətdə və həcmdə və lazım olan vaxtda satın almaq.
- Şirkətin şöbələrinin fəaliyyətinin qarşılıqlı əlaqəsi haqqında məlumatlı olmaq, fəaliyyət proqnozlarından material ehtiyacının planlanmasında istifadə etmək və bu planı rəhbərliklə razılaşdırmaq.
- Hər ay əlverişli qiymətlə baş verən satınalmalar nəticəsində qənaət edilən vəsaitləri, hər hansı bir sabit qiymətlə müqayisə edərək və həmin qiymətin əlverişli olduğunu sübut edərək hesablamaq
- Büdcə gerçəkləşmələri və smeta hesablamaları standartlarının daha yüksək səviyyəyə və təsərrüfat fəaliyyəti üzrə normativ-texniki sənədlərə uyğunlaşdırılması məqsədi ilə şöbə başçılarına məsləhətlər vermək
- Mal və materialları şirkətin maliyyə vəziyyətini, cari fəaliyyətini və müştərilərin sayına aid proqnoz və planları nəzərə alaraq sifariş etmək
- Şirkətin kompüter sistemindən sifarişləri, bronları, material ehtiyatının minimal ehtiyatını və mövcud material ehtiyatını idarə etmək, formalaşdırmaq məqsədilə istifadə etmək
- Xidmət avadanlıqları və istehlak mallarının işlədilməsinə nəzarət etmək və bu əşyaların effektiv inventarizasiyasını təşkil etmək məqsədilə mehmanxananın kompüter sistemindən istifadə etmək
- Anbar və yük platformasında satınalma qrupu üzvlərinin işini təşkil etmək, tənzimləmək
- Treninq iştirakçılarına satınalma sistemi haqqında ətraflı məlumat vermək və onlar üçün iş saatlarında şöbə daxilində gəzinti təşkil etmək
- Şöbə başçıları ilə ticarət təşkilatları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün məsuliyyət daşıyır.
- Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
- Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Namizədə bağlı tələblər:
- Ali təhsilin olması vacibdir
- Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
- Problemi sərbəst həll etmə qabiliyyətinin olması
- Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
- Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
- Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
- Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
- Kompyuter biliyi (Word, Excel, Power point,Outlook)
- Dil bilikləri – Azərbaycan, Rus və İnglis dillərini sərbəst bilməli
İş Şərtləri:
- İş vaxtı: həftədə 5 gün;
- Əmək haqqı: 2000-2500 AZN (əmək fəaliyyətindən asılı olaraq)
Maraqlanan namizədlər mövzu yerində “Satınalma üzrə menecer” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...