Qısa məzmun
Azərbaycan Metrologiya İnstitutu Satınalma üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə funksiyaları:
- Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
- Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
- Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
- Təchizat/satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
- Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Xərclərin azaldılması məqsədilə yeni təkliflərin verilməsi;
- Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
- Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Vəzifənin tutulmasına dair tələblər:
- Cinsi: kişi
- Təhsil : Ali texniki
- İş təcrübəsi: Müvafiq sahədə 3 il
- Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (yaxşı);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
- Tender satınalma təchizat portalında işləmək bacarığı;
- Tender layihələrində iştirak;
- İntizamlılıq, dəqiqlik
- Ünsiyyət qurma bacarığı və detallara fikir vermək qabiliyyəti;
- Operativlik, çeviklik;
- Təşkilatçılıq və koordinasiya etmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Əmək haqqı: Razılaşma əsasında
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
- Servis müəssisə tərəfindən təmin edilir.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...