Qısa məzmun
Ricon MMC Satınalma üzrə aparıcı / baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Dinamik komandada işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Satınalma üzrə menecerə gündəlik fəaliyyətində dəstək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək
- Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
- İcra üçün daxili sifarişçilərdən daxil olan tender və ya qiymət sorğusu tələbnamələrində olan məlumatları yoxlamaq, tələbnamələrdə göstərilən məlumatları tələbnaməni qaldıran tərəflə məqsədə tam cavab verdiyini müzakirə etmək və dəqiqləşdirmək;
- Layihələr üzrə Tikinti materiallarının texniki spesifikasiyalarına uyğun, analitik müqayisə etmək və sorğu göndərərək qiymət təklifi əldə etmək.
- Təchizatçıların müəyyən olunmuş mal, material və xidmətlər üzrə ixtisaslaşma dərəcələrinin aparılmasını təmin etmək (distributor, partnyor və ya reseller)
- Şirkətin təsərrüfat inventarı, idarəetmənin texniki vasitələri və digər zəruri avadanlıqlar ilə təmin edilməsi üçün tədbirlər görmək;
- Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Mallar, işlər və xidmətlərin satın alınması məqsədi ilə satınalma xidmətlərinin şirkət daxili istifadəçiləri ilə, təşkilatın müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıqda çalışmaq, satınalma tələbnamələrinin vaxtında yerinə yetirilməsi üçün satınalma proseslərini effektiv şəkildə həyata keçirmək;
- Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasını təmin etmək;
- Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil. İqtisadiyyat, biznesin idarəolunması sahəsində magistr dərəcəsi arzuolunandır.
- Satınalmalar sahəsində ümumilikdə azı 5 il, təmir-tikinti satınalmaları üzrə isə azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – işgüzar səviyyədə, Rus dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel -dən yüksək səviyyədə istifadə bacarığı); 1C platforması
- AR Dövlət satınalmaları haqqında qanunundan məlumatlı olmaq
- Satınalmalar sahəsində peşəkar sertifikatın olması arzuolunandır;
- Dinamik komandada işləmək bacarığı;
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları.
- İş yükünün çox olduğu dönəmlərdə prioritetlərin müəyyənləşdirilməsi və sərbəst qərar vermə bacarığı
- Tikinti materiallarının texniki spesifikasiyalarını bilməli, analitik müqayisə etmə və sorğulama bacarığı olmalı
- Təchizatçıların müəyyən olunmuş mal, material və xidmətlər üzrə ixtisaslaşma dərəcələrini (distributor, partnyor və ya reseller) bilməli
Əmək haqqı 1700-2500 azn.
5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Smeta mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...