Qısa məzmun
Ricon MMC Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Tikinti texnologiyasını bilməlidir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (iqtisadi, təchizat üzrə)
- Iş təcrübəsi: Azı 7 il iş təcrübəsi (Tikinti sektorunda azı 3 il təcrübə mütləqdir)
- Yaş: 25-50
- Dil bilikləri: Azərbaycan, Rus mütləq, ingilis arzuolunandır
- Kompüter bilikləri: Ofis proqramları, Outlook ,1C (8.3 əsas)
Vəzifə öhdəlikləri:
- Müəssisədə satınalma prosedurunun qurulması (planlaması), idarəedilməsi və təkmilləşdirilməsi, strategiyasının hazırlanması, satınalma prossesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi, satınalmanın optimallaşdırılması;
- Mal materialların, avadanlıqların satınalınması üçün yeni partnyorların axtarılması
- Biznesin inkişafı məqsədi ilə yeni təkliflərin hazırlanması və işlərin cəlb olunması;
- Biznes proseslərinin təkmilləşdirilməsi
- Respublikadaxili ve beynəlxalq, Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş tenderlərin izlənilməsi
- Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması; biznes partnyorlarla yazışmaların aparılması ve biznes əlaqələrin yaradılması;
- Büdcə gerçəkləşmələri və smeta hesablamaları standartlarının daha yüksək səviyyəyə və təsərrüfat fəaliyyəti üzrə normativ-texniki sənədlərə uyğunlaşdırılması məqsədi ilə şöbə rəhbərləri ilə birgə çalışmaq
- Keçirilən müxtəlif biznes tədbirlərdə iştirak etmək və şirkəti təmsil etmək;
- Şirkətin profili üzrə bazar araşdırmasının aparılması
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili
- Keyfiyyətli məhsul istehsalı,standart və ya normativ aktlara uyğun xidmətlərin göstərilməsini təmin etmək
- Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
- Logistikanın təşkili üçün şirkətlərə dəstək və qiymət araşdırılması
- Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “Satınalma üzrə menecer” qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...