Satınalma üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Dinamik komandada işləmək bacarığı olmalıdır.

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Hesabatların hazırlanması və analiz olunması;
  • Rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim olunması.

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi, tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel), 1C proqramlarını bilməli;
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Danışıqları aparmağı, bazar araşdırılması etməyi bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməyi üstünlükdür;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri

İş şəraitimiz:

  • Əmək haqqı 1000-1500 AZN;
  • İş qrafiki 8.00-17.00;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Satınalmalar üzrə kiçik mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

15.01.2025 - Bakı