Qısa məzmun
Grand-Agro LLC Satınalmalar üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Məsuliyyətli, disiplinli, Təşkilatçılıq bacarığı olmalıdır.
Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat
- ş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə
Vakansiya – Satınalmalar üzrə kiçik mütəxəssis / Junior Procurement Specialist
Vəzifə öhdəlikləri
- Alışların satınalma prosedurana uyğun vaxtında icra olunmasını şöbə daxilində təmin etmək
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləməsində iştirak etmək
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
- Son istifadəçilərin tələbnamələri ilə bağlı status hesabatlarının hazırlanması
- Alış predmetinin təyin olunması, son istifadəçi ilə dəqiqləşdirilməsi
- Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
- Alışların ümumi məlumatlar bazasına işlənməsi
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Tələblər:
- Təhsil : Təhsil – Ali ( iqtisadiyyat yönümlü)
- Təcrübə: Əlaqədar sahədə minimum 1 il
- Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili –üstünlük verilir
- İT üzrə biliklər: MS Office
Texniki Bacarıqlar:
- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
Səriştəlik:
- Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə
Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.
https://jobs.talhunt.az/grandagro/569-satinalmalar+uzre+kicik+mutexessis