Qısa məzmun
Caremood şirkəti Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhəliklər:
- Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkili;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Müvafiq şirkətlərlə danışıqların aparılması
- Satınalma ilə bağlı sənədləşmənin aparılması və qeydiyyatı;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Satınalma siyasətinə uyğun olaraq satınalma fəaliyyətinin təmin edilməsi.
- Bazar qiymətləri və ümumi iş fəaliyyətlərinin izlənməsi;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasının həyata keçirməsi;
- Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
Namizədə tələblər:
- Təhsil: Ali
- MS Excel, Power Point, Word yüksək səviyyədə
- Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
- Rus və İngilis dili üstünlükdür
- Təcrübə: satınalma sahəsində minimum 1 il iş təcrübəsi
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
- İnandırma və problem həlletmə bacarığı
- Nəticəyönümlülük və punktuallılıq
- Təşəbbüskarlılıq və tələbkarlılıq.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük iş həftəsi 6-cı gün yarı iş günü
- Əmək haqqı ilkin 600 AZN artan.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...