Qısa məzmun
PASHA Bank Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Malların, işlərin və xidmətlərin səmərəli, münasib qiymətə və şəffaf qaydada təmin edilməsi;
- Bankın satınalma / təchizat zənciri ehtiyaclarının qarşılanması;
- Təyin edilmiş kateqoriya çərçivəsində təchizatçıların qiymətləndirməsi və seçimi proseslərinin idarə edilməsi;
- Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştərilərin idarə edilməsi; istək, tələb və sorğuları aydınlaşdırmaq məqsədi ilə daxili müştərilərlə daim ünsiyyətdə qalma və məsləhətləşmə;
- Satınalma və təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
- Bank tərəfindən qoyulan qənaət gözləntisinin icra edilməsi;
- Satınalma fəaliyyəti, sifarişlərin icra edilməsi, digər kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
- Yüksək nəticələri əldə etmək məqsədilə səmərəli müqavilə KPI-ları vasitəsilə E2E idarə edilməsi (kiçik və orta satınalma);
- Bankın siyasəti və proseduralarına uyğun olaraq kiçik və orta satınalmaya aid olan proseslər/metodların idarə edilməsi və bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- Təcrübə: satınalma sahəsində minimum 2 il iş təcrübəsi.
- Xarici dil: ingilis dili, rus.
- Kompüter bilikləri: Microsoft Office.
- Məhsul biliyi: prosesin düzgün aparılması və malların, xidmətlərin seçilməsi üçün müvafiq məhsul kateqoriyası üzrə biliklər.
- Bazar biliyi: yerli bazarda müvafiq kateqoriya üzrə biliklər.
- Digər: komandada iş, analitik düşüncə və problem həll etmə, güclü ünsiyyət bacarıqları.
- Üstünlük verilir: satınalma sahəsində həm yerli təlim mərkəzlərində, həm də onlayn şəkildə əldə edilən sertifikatların mövcudluğu əlavə üstünlükdür.
Link: https://qlor.me/lbbttm6o
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...