Qısa məzmun
Avromak MMC Satınalma və logistika işləri üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşçiyə qoyulan tələblər:
- Təhsil: Ali.
- Müvafiq sahə üzrə: 2-3 il iş təcrübəsi.
- Yaş : 28 – 35 yaş
- Komanda ilə işləmə bacarığı olmalı.
- Ünsiyyətcil və inandırma qabiliyyəti yüksək olmalı.
- Qarşısına qoyulan hədəfləri yerinə yetirməli.
- Rus dili və Azərbaycan dili: Əla , İngilis dili : yaxşı.
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək.
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması).
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili.
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili.
- Daşınmanın təşkili və malın son məntəqəyə çatdırılanadək sifarişin izlənilməsi .
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq.
İş şərtləri:
- Stabil iş.
- AR ƏM əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: 700 – 1000 AZN
- İcbari sığorta.
- İş vaxtı: bazar ertəsi – cümə – 8.00 – 17.00
- İstirahət günləri: şənbə və bazar günü.
Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Satınalma və logistika işləri üzrə baş mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...