Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Satınalma əməliyyatları şöbəsi – Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
“ABB” ASC Satınalmalar departamentinin Satınalma əməliyyatları şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- İT avadanlıqlar, proqram təminatı və lisenziyalar üzrə mal çeşidlərinin , xidmətlərin dəyərləndirilməsi, ölçülməsi və bazar qiymətinin müəyyən edilməsi;
- Satınalma planının hazırlanmasında iştirak etmək və hər ay bu planın yerinə yetirilməsində iştirak etmək;
- Tender və koterovkalarda iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün verilməsinə nəzarət;
- Bildiriş məktubları və müqavilələrin qalib şirkətlərə təhvil verilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması;
- Təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Tədarükçülərlə işgüzar əlaqələr qurmaq;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək;
- Aparılan satınalma proseslərinin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürülməsi;
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil;
- İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə təcrübəyə malik olmalı;
- Təqdimat bacarığı;
- Layihələrin idarə olunması bacarığı;
- Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint bilikləri,
- Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili (üstünlükdür);
Bu iş sizə nələri qazandıracaq:
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini cv@ibar.az elektron ünvanına 15.03.2020 tarixinədək göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Satınalma əməliyyatları şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...
1st Fitness mərkəzi “Təmizlikçi” vəzifəsi üzrə vakansiya elan edir. İş yeri: 28 may,Bakı Dövlət Sirkinin yanı Namizədə tələblər: Yaş: 20-50 Cinsi: ...
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
"AGRO-VEST RETAIL" MMC Stok kontrol mütəxəssisi vakansiyası elan edir. ...
Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
AGRO - WEST DC LLC şirkəti Satınalma üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...