Qısa məzmun
Ə/h razılaşma yolu ilə. NBCO KredAqro Satınalmalar üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Bazar araşdırılmasının aparılması, yeni tədarükçülərin tapılması;
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması;
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi;
- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi;
- Xarici ve daxili bütün satınalmalara nəzarət edilməsi;
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
- Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
- Sahə üzrə digər tapşırıqların həyata keçirilməsi;
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (iqtisadi sahədə olanlara üstünlük verilir);
- Yaşayış yeri: Bakı şəhəri;
- Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Satınalmalar üzrə Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...