Qısa məzmun
Ə/h 600-800 AZN. Modenis LLC eManat Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma prosesinin təşkili və idarəedilməsində iştirak etmək.
- Satınalmaların yaradılmış proqram üzərindən və yaxud mövcud və ola biləcək digər prosedurlara uyğun olmaqla icra edilməsini tam təmin etmək.
- Alışların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
- Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.
Namizədə qoyulan tələblər:
- Ali təhsil;
- Ən azı bu sahə (marketing və ya təchizat) 2-3 il iş təcrübəsi arzuolunandır;
- Məhsulların analizində analitik – alqoritmik düşünmə qabiliyyəti;
- Texniki sənədlərin tərtibi; Vacibdir
- Kompüter bilikləri; Ofis proqramları
- Komanda şəklində işləmə bacarığı;
- Xarici dil səviyyəsi: İngilis dili (orta və daha üstün) və Rus dili (yaxşı səviyyədə)
- İşgüzarlıq,operativlik və icra etdiyi işə görə cavabdehlik
- Digər müsbət xarakterli xüsuyyətlər(ünsiyyət, gülərüzlülük və.s)
İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqı 600-800 AZN (nett)
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
- Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Satınalmalar üzrə mütəxəssis” yazılmalıdır
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...