Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Dürüst, məntiqli, işgüzar, pozitiv olmalıdır.
Vəzifə və Öhdəliklər:
- Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə müvafiq qaydada Şirkətin Satınalma Siyasətinin prinsiplərinə və tələblərinə riayət edərək, satınalmaları həyata keçirilməsi .
- Satınalmalar üzrə daha yaxşı təkliflər əldə etmək üçün potensial/mövcud təchizatçılar ilə müntəzəm danışıqların aparılması və bazarın təhlili;
- Xərclərin təhlili, xərclərin azaldılması üsulları üçün uzunmüddətli qənaət üsullarının təklif edilməsi;
- İllik satınalma planının hazırlanmasında iştirak;
- Təchizatçılar tərəfindən hesabların vaxtında təqdim edilməsinə və ödənilməsinə nəzarət, hesabların yoxlanışının həyata keçirilməsi;
- Sifarişlərə müvafiq olaraq müqavilələri, düzəlişləri hazırlanması, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsi və təkliflərin toplanması;
- Mövcud proseslərin təkmilləşdirilməsi üçün təşəbbüs göstərmək;
- İllik büdcənin formalaşma prosesində iştirak etmək;
- Şirkət daxili layihələrdə iştirak etmək;
- Birbaşa rəhbər və departament rəhbəri tərəfindən yönələn tapşırıqların həyata keçirilməsi.
Bilik və bacarıqlar:
- Ali iqtisadi təhsil;
- Satınalmalar istiqamətində 2 il iş təcrübəsi;
- İngilis, Rus, Azərbaycan dillərini mükəmməl bilmək;
- Power point, Excel və visiodan mükəmməl istifadə etmək bacarığı;
- Dürüst, məntiqli, işgüzar, pozitiv
- “B” kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
Son müraciət tarixi: 29 fevral, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.