Qısa məzmun
Halal-P Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dilində yazılı və şifahi ünsiyyət bacarığı olmalıdır.
“Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə, ofis və bank avadanlıqlarının təchizatı ilə məşğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribütorudur.
“Halal-P” şirkəti Öz potensialını üzə çıxarmaq istəyən gənc kadrlar üçün Satınalmalar üzrə mütəxəssis vəzifəsinə elan verir.
Öhdəliklər:
- Xarici partnyorlarla yazışmalar aparmaq;
- Ölkə xaricindən satın alınan malların yüklənməsi və ölkəyə zamanında çatdırılması üzərində nəzarəti həyata keçirmək;
- Işə müvafiq sənəd dövriyyəsinin düzgün aparılması;
Minimum bilik, səriştə və keyfiyyətlər:
- Ali təhsil;
- İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- İşgüzar ünsiyyət etikası;
- Microsoft Office computer bilikləri (xüsusən EXCEL və Word)
Üstünlük verilən meyarlar:
- Rus dilində yazılı və şifahi ünsiyyət bacarığı
- İş təcrübəsi
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “İmport meneceri” qeydi edərək hr@halal.az elektron ünvanına göndərməyi xahiş edirik.
“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...