Qısa məzmun
PASHA Bank Satınalmalar üzrə Şöbə Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ld33a9ky
Təsvir
İşiniz nədən ibarətdir?
- Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanmasının təmin edilməsi
- Tenderlərin müvafiq prosesə uyğun aparılmasına nəzarət və birbaşa icra
- Strateji layihələrin Satınalma tərəfindən iradə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasında dəstək
- Düzgün qiymət/ düzgün təchizatçı prinsipinə uyğun bank daxili fəaliyyətinin tənzimlənməsi və icrasına nəzarət
- Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrası
- Satınalma siyasətinə uyğun olaraq təşkilat daxilində satınalma fəaliyyətinin idarə edilməsi
- Satınalmanın planlaşdırılması, hədəfin müəyyənləşdirilməsi prosesi və əlaqədar planlaşdırma
- Layihələrin, autsorsinq sövdələşmələrinin, təchizatçı müqavilələrin hazırlanması
- Bank daxili mövcud satınalma və əlaqəli proseslərin təkmilləşdirilməsi
- Bank tələblərinə uyğunluğun təmin edilməsi üçün kontragent yoxlama və nəzarətlərin həyata keçirilməsi
- Satınalma fəaliyyətlərinin sənədləşdirilməsi, müqavilələrin müddətinə nəzarət, təşəbbüskar tərəfindən tələb olunduqda müddətin uzadılması
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (satınalma)
- Lisenziya/ Sertifikat: CİPD/ CİPS üzrə diplom və ya oxşar
- Xarici dil: İngilis dili (səlis)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul biliyi: tələb olunur.
- Bazar biliyi: tələb olunur.
- Digər: Liderlik, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...