Qısa məzmun
Lunchef Catering MMC Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- Təhsil: Satış üzrə ali təhsil
- Əmək haqqı: 500-600+ satışdan gələn faiz
- İş saatı: 09:00-18:00
- Ünvan: İnqilab, Həsən Əliyev 7c Premier Palace
- Əlaqə: +994708072327, 0124801168, hr@lunchefcatering.az
Vəzifə öhdəlikləri:
- Soyuq və isti satışların aparılması təcrübəsi.
- Müştəri yönümlü xidmət, tələb olunan fərdi keyfiyyətlər.
- Özünə inam və əminlik.
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları.
- Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı.
- Yaxşı idarəçilik və planlaşdırma bacarıqları.
- Müstəqil işləmə bacarığı.
- Müştəri ilə danışarkən duyğusal zəkanı idarə etmə bacarığına sahib olmalıdır.
- Araşdırmacı, nəticəyönümlü və dinamik olmalıdır.
- MS Office proqramlarını mükəmməl bilməlidir.
- Yaxşı ünsiyyət bacarıqları olmalı.
- İnandırma gücünün yüksək olması.
- Müştəri ilə davamlı olaraq doğru dioloq təmin etmək.
- Satış sektoruna hakimiyyətinin olması.
- Şirkət daxili prosesləri yaxından izləmək bacarığı.
- Planlı və müntəzəm hesabatların hazırlanması.
- Güclü iş şəraitinə uyğunlaşma bacarığı.
- Nəticə yönümlü işləmək bacarığı.
- Səyahət maneəsi olmamalı.
- Xarici görünüşə önəm verilməlidir.
- Komanda yönümlü çalışmağa meyillilik.
- Yaradıcı və yeniliklərə açıq olmalıdır.
- Yeni müştərilərin axtarışı və cəlb olunması.
- Proyektlər üzrə iş.
- Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması.
- İşgüzar tədbirlərdə şirkətin təqdim olunması.
- İşgüzar görüşlərin təşkili və aparılması.
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabat.
- Korporativ şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması
- Korporativ müştərilərin məhsullarının planlaşdırılması və çatdırılması
Məsuliyyəti:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
- Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi;
- Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.);
- Mövcud müştəri bazasını genişləndirmək və yeni müştərilər axtarmaq;
- Müştəri üçün koordinator rolunu icra etmək və ortaya çıxan problemləri həll etmək;
- Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün tədbirlər görmək;
- Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və daim təftiş etmək;
- Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq;
- Satış şöbəsinin müdirinin rəhbərliyi altında şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
- Müştəri barədə daxil olan bütün informasiyaları istifadə olunan proqram məhsuluna qeyd edir;
- Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və satış şöbəsinin müdirinə təqdim edir;
- Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
- Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir;
- Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir;
- İSO 9001 və 14001 standartları ilə işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...