Qısa məzmun
“Camal” LTD Şirkəti Satış departamenti direktoru vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
– Satış şöbəsinin işinin təşkili üçün qayda və prosedurları hazırlamaq və tətbiq etmək;
– Satış hədəflərini əməkdaşlar arasında düzgün bölgüsünü etmək;
– Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını hazırlamaqda iştirak etmək, təsdiq olunmuş planların icrasının təmin etmək;
– Şöbənin strateji hədəflərinin və satış planlarının hazırlanmasında iştirak etmək;
– Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək;
– Yeni satış metodologiyaları və texnikalarını inkişaf etdirmək;
– Yeni işə cəlb edilən işçilərə Təşkilatı Struktur, Proqram təminatı və satışa təklif edilən məhsullar barədə olan təlimlərin keçirilməsini müvafiq struktur bölmələrlə kordinasiyasını təşkil etmək;
– Satış istiqamətində təlimlərin keçirilməsini təşkil etmək;
– Potensial müştərilərlə əlaqələrin lazımı səviyyədə təşkil edilməsi üçün davamlı olaraq Satış blokunun işçilərinin işinə nəzarət etmək;
– Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
– Təkrar müştərilərə çarpaz satış məhsulları ilə bağlı təkliflər hazırlamaq;
– Bölgə rəhbərlərinin işini koordinasiya etmək;
– Yeni məhsul və xidmətlərin yaranması və mövcud məhsulların təkmilləşdirilməsi üçün Marketinq şöbəsi ilə sıx işləmək;
– Şöbə daxili olan müraciət və sorğulara cavabları hazırlamaq;
– Şöbənin fəaliyyəti barədə müvafiq hesabatlar hazırlamaq;
– Rəhbərlik tərəfindən təsdiq olunmuş ümumi marketinq tədbirlərinə və brend qaydalarına əsasən təşkil etmək.
Namizədə tələblər:
Ali təhsil;
Satış sahəsində Rəhbər vəzifəsində minimum 10 il iş təcrübəsi;
Yaş: 35-50
Cins: kişi
Azərbaycan və rus dillərində sərbəst danışıq , ingilis dili arzuolunandır;
Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar;
Effektiv ünsiyyət və güclü təqdimat bacarığı;
Komanda qurmaq,işçilərə təsir və onları motivasiya etmək bacarığı;
Səlis nitq qabiliyyəti və xoş görünüş;
İşgüzar etik qaydalara riayət;
– İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili/ Satış və Maliyyə-Kredit sahəsində ali təhsilə malik olmaq (magistr təhsilinin olması üstünlükdür)
– Satış/kommersiya sektorunda azı 10-15 illik iş təcrübəsi;
– Azərbaycan və rus dillərində sərbəst (ingilis dili arzuolunandır.)
– Mükəmməl liderlik və idarətmə bacarıqları;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– MS Office proqramlarında və 1C 8.3v məlumat bazasında sərbəst işləyə bilmək bacarığı;
– Yüksək analitik düşüncə və problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
– Fərdi və komanda şəklində işləmək, komanda ruhunu yaratmaq.
İş şəraiti:
İş qrafiki: 1-6 günlər
Əmək haqqı: 3500-4000 AZN
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
Nahar və Korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Müraciət qaydaları: iceland@iceland.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Satış departamentinin rəhbəri” yazmaqla müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...